Karapetyan Moskvaya getdi

karapetyan-moskvaya-getdi
Oxunma sayı: 2160

Ermənistanın müdafiə nazirinin birinci müavini Arşak Karapetyan bu gün Moskvaya yola düşüb.

“Qafqazinfo” “168.am” saytına istinadən xəbər verir ki, Karapetyan səfəri çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Qeyd edək ki, dünən ordu generalı Sergey Şoyqu ilə Arşak Karapetyan arasında telefon danışığı olub.

Xatırladaq ki, Arşak Karapetyan iyulun 20-si ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən bu vəzifəyə təyin edilib.