Karate federasiyası reytinq üzrə lisenziyaları ləğv etdi

Karate federasiyası reytinq üzrə lisenziyaları ləğv etdi
Oxunma sayı: 597

Ümumdünya Karate Federasiyası reytinq üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya vermə qərarını ləğv edib. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb koronavirusa görə Olimpiya Oyunlarının və karate yarışlarının təxirə salınması göstərilib. 

Olimpiya oyunları 2021-ci ilə təxirə salındığı üçün seçimlər növbəti il üçün hesablanacaq. 

Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi