Karateçilərimiz Belçikada 2 medal qazandı - Foto

Karateçilərimiz Belçikada 2 medal qazandı
Oxunma sayı: 477

Azərbaycan karateçiləri Belçikanın Lyej şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

"Qafqazinfo" xəbər verir ki, təmsilçilərimiz Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov dəvətə əsasən turniri idarə edən hakimlər arasında olublar.

Belçikada müxtəlif yaşlı karateçilər arasında təşkil edilən bu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi