Karateçilərimiz İslamiadada 3 bürünc medal qazandılar - Fotolar

karatecilerimiz-islamiadada-3-burunc-medal-qazandilar
Oxunma sayı: 699

Azərbaycanın 3 karateçisi V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, kumite yarışlarında Tural Ağalarzadə (67 kq), Mədinə Sadiqova (55 kq), kata turnirində isə Roman Heydərov üçüncü yeri tutublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.