Karateçilərimiz Macarıstanda 8 medal qazandı - Foto

Karateçilərimiz Macarıstanda 8 medal qazandı
Oxunma sayı: 641

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandasının üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 3-ü qızıl, 5-i bürünc olmaqla 8 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi