Karateçilərimizdən 4 medal - Fotolar

Karateçilərimizdən 4 medal
Oxunma sayı: 1629

Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində keçirilən Karate1 Gənclər Liqasını dörd medalla başa vurublar.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, mükafatların ikisi qızıl, ikisi isə gümüş medallardır. Qızıl medalları komandamızın aktivinə Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U-14) yazdırıblar.

Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (+70 kq) isə 14-15 yaşlı yeniyetmələrin yarışında ikinci yerə sahib olublar.

Turnirdə 51 ölkədən 1612 karateçi iştirak edib.