“Qafqazinfo” xəbər verir ki, “Kristal Zal”da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq.
Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq. Kişilər arasında 60 kq da Firdovsi Fərzəliyev ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə . İdmançımız görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Onun növbəti rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu görüşdə 4:2 hesablı qələbə qazanıb. Onun yarımfinaldakı rəqibi albaniyalı Halil Marqeş olacaq.
***
Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.
***
Qadınlar rasında 50 kq çəki dərəcəsində Nuranə Əliyeva isə uğursuzluqla yadda qalıb. O, əvvəlcə vstriyalı Bettina Planka 0:1, daha sonra türkiyəli Serap Özçelikə 0:6 hesabı ilə uduzub. Sonuncu görüşündə isə xanım idmançımız xorvatiyalı Monika Beruleçə uduzub. 50 kq
Qadınlar arasında 55 kq çəki dərəcəsində İlahə Qasımova birinci döyüşdə lüksemburqlu Cenni Varlinq-ə qalib gəlib 4:0 . İkinci görüşündə isə xanım döyüşçümüz türkiyəli Tuba Yakanı minimal hesabı udub – 1:0. Yarımfinalda isə Qasımova xorvatiyalı Yelena Kovaçeviçdən üstün olub. İdmançımız yenə də 1:0-lıq qələbəyə sevinib.
***
Qadınlar arasında 55 kq çəki dərəcəsində İlahə Qasımova birinci döyüşdə lüksemburqlu Cenni Varlinqə qalib gəlib 4:0 . İkinci görüşündə isə xanım döyüşçümüz türkiyəli Tuba Yakanı minimal hesabı udub – 1:0. Yarımfinalda isə Qasımova xorvatiyalı Yelena Kovaçeviçdən üstün olub. İdmançımız yenə də 1:0-lıq qələbəyə sevinib.
***
İlahə Qasımova yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınayıb. Görüş idmançımız üçün uğursuz alınıb və 6:1 hesabı ilə qalib gələn rəqib finala yüksəlib. Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşəcək.
***
Kişilərdən ibarət karate milimizin 67 kq-da təmsilçisi Niyazi Əliyev də mübarizəyə qoşulub. O, ilk görüşdə İrakli Tkebuçavaya qalib gəlib – 2:0. Ardınca isə o, fransalı Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə udub.
Onun yarımfinaldakı rəqibi türkiyəli Burak Uyğur olacaq.
Son xəbərlər
Son Xəbərlər