Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan karateçisi Firdovsi Fərzəliyev finala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda Rusiya idmançısı Yevgeni Plaxutinə qalib gəlib.
Fərzəliyev finalda latviyalı Kalvis Kalninslə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:16-da başlayacaq.
Qeyd edək ki, bu gün daha bir azərbaycanlı karateçi yarımfinalda qüvvəsini sınayacaq. Rafael Ağayev (75 kq) estoniyalı Pavel Artamonovla qarşılaşacaq.
***
Finalda rəqibinə uduzan Fərzəliyev yarışı gümüş medalla başa vurub.
Son xəbərlər
Son Xəbərlər