Karateçimiz üçün Olimpiada başa çatdı - Yenilənib+Fotolar

karatecimiz-ucun-olimpiada-basa-catdi
Oxunma sayı: 5626

Karateçimiz Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşünü keçirib.

O, Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) qarşılaşıb.

Fərzəliyev 1:7 hesabı ilə məğlub olub.

***

Firdovsi Fərzəliyev A qrupunun ikinci görüşündə Naoto Saqoya (Yaponiya) ilə üz-üzə gəlib.

Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib. O, üçüncü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirəcək.

***

Firdovsi Fərzəliyev Darxan Assadılova uduzdu. O, 2:6 hesabı ilə məğlub oldu. Fərzəliyev qrupdakı sonuncu görüşünü misirli Əli El-Savi ilə qarşılaşacaq.

***

Firdovsi Fərzəliyev son görüşündə misirli Əli El-Saviyə uduzaraq Olimpiadadakı çıxışını başa vurub.