Kardaşyan 4-cü dəfə ana olacaq

kardasyan-4-cu-defe-ana-olacaq
Oxunma sayı: 1926

Amerikanın televiziya ulduzu Kim Kardaşyan dördüncü dəfə ana olacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Us Weekly” məlumat yayıb. 

Kardaşyan və Kane Uest cütlüyü növbəti dəfə valideyn olmaq üçün gün sayır. Ehtimal olunur ki, körpə may ayında daşıyıcı ana (surroqat ana) vasitəsi ilə dünyaya gələcək. 

Qeyd edək ki, Kardaşyan və Uest 3 övlad böyüdür- North (5,5 yaş), Saint ( 3 yaş) və Çikaqo ( 1 yaş).

Xatırladaq ki, həkimlər səhhəti ilə bağlı Kimə ana olmağı qadağan etmişdi. Bundan əlavə, cütlüyün bir müddət əvvəl Ermənistandan övladlığa uşaq götürəcəkləri barədə də xəbər yayılmışdı.