TV ulduzu Kim Kardaşyanın reper əri Kenni Vestə xəyanət edir. “Qafqazinfo” xəbər verir ki, bu iddialar ötən gündən etibarən dünya mətbuatının gündəmini zəbt edib.
Nüfuzlu saytlarda yazılır ki, Kardaşyan repçi Dreyklə gizli münasibətə başlayıb. Bu şayiələr isə repçinin “In My Feelings” mahnısından sonra daha da alovlanıb.
Fenomenə çevirilən və dünyada yeni bir fləşmobun təməli qoyulan bəstədə Kardaşyana sual ünvanlanıb. “Kiki , do you love me” (Kiki, məni sevirsənmi?) misrası məhz TV ulduzuna şamil edildiyi qeyd olunur. İddia olunur ki, Kimin ləqəbəi “Kiki”dir.
Bundan əlavə, mahnıda “your wifey” ( Kim Kardaşyan əri Kenni Vestə “wifey” deyərək müraciət edir) sözləri də işlədilib.
Kardaşyan isə TMZ-yə açıqlamasında Dreyklə münasibətinin olmadığını bildirib: “Heç vaxt belə bir şey olmayıb. Nə evləndikdən sonra, nə də əvvəl”.
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər