Kardaşyan İrəvanda – - Video

kardasyan-irevanda-
Oxunma sayı: 3469


Anspress-in "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, pornoulduz Kim Kardaşyan və müğənni Kanye Uest Ermənistana gəlib. Qonaqları İrəvan aeroportunda pərəstişkarlardan ibarət böyük izdiham kütləsi qarşılayıb.

Amerika şou biznesinə porno videosu ilə girən erməni əslli Kardaşyan və əri, eləcə də 22 aylıq uşaqları Ermənistana gəlib. Kardaşyanla birgə bacısı Xloya da gəlib.

Polis böyük pərəstişkar kütləsi və KİV nümayəndələrinin qarşısını güclə ala bilir. 

Məlumdur ki, burada "Keeping up with Kardashians" şousunun davamı olacaq. Bacılardan əlavə daha 20 nəfərlik qrup şounun çəkilişində iştrak edəcək. Təkcə Kardaşyanın bacıları üçün İrəvanda bir otelin 2 mərtəbəsi bron edilib. 

Erməni mətbuatı pərəstiş etdikləri porno ulduzlarının vətənə gəlişini nə qədər qondarma “soyqırım”la əlaqəli olduğunu bildirsə də Kardaşyanın bununla bağlı heç bir tədbirdə iştrakı gözlənilmir.

Qeyd edək ki, ABŞ-da rusiyanın “Dom-2” layihəsi kimi bir layihədə tərbiyəsiz flirtləri ilə məşhurlaşan Kim Kardaşyan verilişdən ayrıldıqdan sonra əri ilə porno videosunun yayılması ilə məşhurluğuna damğa vurur. Nə qədər videonun özü tərəfindən yayılmadığını iddia etsə də, məhz bu videodan sonra bəzi teleseriallara dəvət alır. 

Kim ABŞ vətəndaşı olan atası Robert Kardaşyan tərəfindən erməni əsillidir.