Kardaşyanın əri narkotiki təbliğ edir

kardasyanin-eri-narkotiki-teblig-edir
Oxunma sayı: 1869

Amerikalı reper-prodüser, məşhur TV ulduzu Kim Kardaşyanın əri Keni Vest yenə də gündəmə gəlməyi bacarıb. 
“Qafqazinfo” xəbər verir ki, o,  prodüseri olduğu repçi Pusha T-nin “Daytona” adlı albomunu satışa çıxardıqdan sonra tənqidlərə məruz qalıb. 

Albomun örtük şəklində 2012-ci ildə narkotikdən dünyasını dəyişən Uitni Hyustonun yataq otağı əks olunub.  Otaqda xeyli narkotik maddələr, iynələr yer alıb. 

Məşhur reper bu fotoya görə narkotikin təbliğində ittiham edilir. Bununla bağlı sosial şəbəkələrdə Keniyə qarşı kampaniyalara start verilib. 

Hətta Hyustonun qohumu, müğənni Damon Elliott da Vesti tənqid edib. O, “People” jurnalına danışarkən reperin ucuz reklama əl atdığını bildirib:

“Qorxunc bir reklamdır. Bu, mənim ailəmi, qızımı çox incitdi. Dəyərsiz və ucuz bir PR növüdür”. 

Qeyd edək ki, şəkil 2006-cı ildə Hyustonun Atlantadakı evində çəkilmişdi.  Keni fotonu albomunda istifadə etmək üçün müəllifə 85 min dollar pul ödəyib.