Kardioloqlarımızın məruzəsi ABŞ-da maraqla qarşılandı

kardioloqlarimizin-meruzesi-abs-da-maraqla-qarsilandi
Oxunma sayı: 1318

Son illərdə ölkəmizdə bir sıra sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişafın getməsi göz qabağındadır. Xüsusilədə səhiyyə idarəetmə sistemləri, maddi-tibbi bazanın yaxşılaşdırılması və ixtisaslı kadr siyasəti bunu deməyə imkan verir.

“Qafqazinfo” xəbər verir ki, bu gün tibbi-elmi mövzuda bir çox ölkələrdə o cümlədəndə bizim ölkəmizdə beynəlxalq tədbirlər keçirilir. Bu günlərdə ABŞ-ın Florida ştatının Orlando şəhərində beynəlxalq kardioloji konfrans keçirilib. Konfransda Azərbaycan oturumu təşkil olunmuşdur. Onu da qeyd edək ki, konfransda Azərbaycandan bir sıra kardioloqlar o cümlədən Ege Hospitalın baş direktoru, tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzoyevdə həm iştirakçı, həm də məruzəçi kimi iştirak etmişdir. Ülvi Mirzoyevin məruzəsi böyük maraqla qarşılandı. Tam əminliklə deyə bilərik ki, tibbin bir çox sahələri, xüsusilədə kardiologiya ABŞ, Avropa səviyyəsindədir. Bu gün dünyada elə bir ürək əməliyyatı yoxdur ki ölkəmizdə icra olunmasın. Sevindirici haldır ki, yerli mütəxəssislərimiz beynəlxalq aləmdə öz bilik təcrübələri ilə həm ölkəmizi həm də bir mütəxəssis kimi özlərini tanıtdırırlar.