“Boka Xuniors"un hücumçusu Karlos Tevez həbsxanada futbol oynarkən zədələnib.
“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 33 yaşlı forvard 2010-cu ildən həbsdə olan qardaşının xahişi ilə cəzaçəkmə müəsissəsində top qovub.
Bu zaman əzələsi dartılan Tevez 1 ay müddətinə sıradan çıxıb.
Cari mövsümdə “Boka Xuniors”da 7 oyuna çıxan futbolçu 3 qol, 2 məhsuldar ötürmənin müəllifi olub. O, 2018-ci ilin qışında qısamüddətli Çin macərasından sonra yetişdiyi kluba geri dönmüşdü.
Son xəbərlər
Son Xəbərlər