Karlovı Varı Film Festivalı ertələndi

karlovi-vari-film-festivali-ertelendi
Oxunma sayı: 1158

Bu il iyul ayının əvvəlində Çexiyada keçirilməsi nəzərdə tutulan Karlovı Varı Beynəlxalq Film Festivalı koronavirus pandemiyası səbəbindən avqustun sonuna ertələnib. 

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Baxış 20-28 avqust tarixlərində keçiriləcək. Əvvəlcə onun 2-10 iyul tarixlərində keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, ötən il festival pandemiya səbəbindən təşkilatçılar tərəfindən ləğv edilmişdi.