Boliviyada karnaval zamanı partlayışı baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Evo Morales tvitter hesabında yazıb.
Məlumata əsasən, insident Oruro şəhərində qeydə alınıb. Hadisə qaz balonunun partlaması səbəb olub. Nəticədə azı 6 nəfər həlak olub. Ölənlər arasında 4 uşaq var. Daha 28 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər