“Karolina Valiant” Fonda 10 min köçürdü

“Karolina Valiant” Fonda 10 min köçürdü
Oxunma sayı: 1064

“Karolina Valiant” ölkəmizdə koronavirus epidemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərməsi barədə dövlət başçısının çağırışına qoşulub.

“Qafqazinfo” xəbər verir ki, “Karolina Valiant” Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat ianə edib.