Kartlarda olan pullar vergiyə cəlb olunacaq?

kartlarda-olan-pullar-vergiye-celb-olunacaq
Oxunma sayı: 7021

“Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır. Kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar), o halda kartda olan pul vergiyə cəlb olunmur: “Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə, o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 8 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur, yəni gəlirin 10 faizi qədər”.

Deputat bildirib ki, kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur: “Yalnız məbləğin gəliri vergiyə cəlb oluna bilər. Əgər kartınız sizə faiz gəliri gətirmirsə, heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz”.

Həmçinin oxuyun: Всемирно известные врачи Турции снова приезжают в Баку