Rusiyanın Volqoqrad vilayətinin Mərkəzi Parkında dönmə çarxının sıradan çıxması səbəbilə 20-dən çox insan yüksəklikdə qalıb.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, havalandırma və kondisioner olmadan 24 nəfər kabinələrdə qalıb.
Hadisə elektrik ötürücüsünün nasazlığı nəticəsində baş verib. Hadisə zamanı insan tələfatı olmayıb.
Son xəbərlər
Son Xəbərlər