“Respublika ərazisində mövcud olan bütün çay yataqlarında aparılan istismar ərazilərinə baxış keçirilib. Bu sahədə fəaliyyətdə böyük nöqsanların olduğu müəyyənləşdirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib. O qeyd edib ki, həmin yataqlarda əsas nöqsanlar ekoloji tarazlığın pozulması ilə bağlıdır:
“Hökumətin tapşırığına əsasən, hazırda çay yataqlarının qiymətləndirilməsi prosesi həyata keçirilir. Çünki bu, çox ciddi və həssas məsələdir”.
S. Qurbanov həmçinin bildirib ki, ötən il 100-dən çox karxananın fəaliyyəti qiymətləndirilib. Bununla bağlı həm hüquq-mühafizə, həm də məhkəmə orqanlarına müraciət olunub.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər