İspaniyalı İker Kasilyas karyerasında 1000-ci oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Porto” klubunun tvitter hesabında məlumat paylaşılıb.
Kasilyas ilk oyununu “Real Madrid”in heyətində 1999-cu ilin sentyabrın 12-də “Atletik Bilbao”ya qarşı keçirib. 1000-ci oyunu isə “Porto” – “Belenenses” qarşılaşmasına təsadüf edib.
36 yaşlı qapıçı İspaniya millisi ilə 1 dəfə Dünya Çempionu və 2 dəfə Avropa Çempionu adını qazanıb
Son xəbərlər
Son Xəbərlər