Karyerasının sonuna qədər qoruyucu dəbilqə ilə oynayacaq

karyerasinin-sonuna-qeder-qoruyucu-debilqe-ile-oynayacaq
Oxunma sayı: 2702

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Raul Ximenes karyerasının sonuna qədər başında qoruyucu dəbilqə ilə oynaya bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Meksikalı hücumçu 2020-ci ilin noyabrında, “Arsenal”la oyunda başına zərbə almış və kəllə sümüyündə çat yaranmışdı.

Ximenesin yeni mövsümün əvvəlində artıq yaşıl meydanlara qayıdacağı və karyerasının sonuna qədər başında qoruyucu dəbilqə ilə oynayacağı gözlənilir.