“Kaş anam Xoşqədəm olardı” - Video

“Kaş anam Xoşqədəm olardı”
Oxunma sayı: 6651

“Doğuş rahat durmaz, iki ilə boşanar” deyənlər oldu. Övladlarım dünyaya gəldi, dedilər ki, “uşaqların bir yaşı olan kimi boşanacaq”. Uşaqların altı yaşı var, yəqin ki, indi deməzlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş “2. Sayfa” verilişində deyib.

O, sözlərinə belə davam edib: “Allah onlara (uşaqlara-red.) olan sevgimi məndən almasın. Onlar üçün yaşayıram. Anamdan razıyam, çox talesiz bir həyat yaşadıq. Allah ona uzun ömür versin. Amma kaş mənim anam Xoşqədəm olardı, o zaman dünya ulduzu olardım. Çünki uşaqlarımın bir nizamı var, təməlləri yaxşıdır”.

48 yaşlı müğənni “sən burada olanda həyat yoldaşının ağlı səndə qalırmı? Qısqanclıq varmı?” sualına belə cavab verib: “Təbii ki, qalır. Bu qarşılıqlıdır. Mənim də fikrim onda qalır. Əvvəlcə qısqanclıq var idi, amma indi aradan qalxıb. Səkkiz ili ötürmüşük. Həyat yoldaşım bir dəfə mənə gələn təkliflərdən birini eşitdi. Səhnədə olanda tamaşaçılardan biri elə bir cümlə işlətdi ki, bütün orkestr susdu. Ən pisi isə həyat yoldaşım da orda idi. Əxlaqsız təklif vəziyyəti oldu. Həyat yoldaşım mənə baxıb güldü. Toy üzüyümü göstərdim, başqa nə edim!”.