Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Azərbaycan şou-biznesini bəyənmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni “Поговорим?” adlı “Youtube” layihəsinə qonaq olarkən bildirib.
O, həmkarlarını tanıdıqdan sonra məyus olduğunu bildirib: “Bizim şou-biznes ancaq qalmaqaldan ibarətdir. Bundan hər zaman qaçıram. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, mahnılarını dinləmirəm.
Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum”.
Son xəbərlər
Son Xəbərlər