Kasıb bələdiyyələr ləğv ediləcək

kasib-belediyyeler-legv-edilecek
Oxunma sayı: 955


F.İbrahimli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bələdiyyələrlə bağlı bəzi dəyişikliklər nəzərdə tutulub: “Xırda bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi, özünü maliyyələşdirə bilməyən, maddi imkanı zəif olanların ləğvi və daha imkanlı bələdiyyələrə qoşulması nəzərdə tutulur. Bələdiyyələr artıq Azərbaycanın siyasi həyatına daxil olan qurumdur və kifayət qədər təcrübəsi var. Buna görə də köklü dəyişikliklərə ehtiyac yoxdu”. 

Deputat yaslar və toylarıa bağlı danışarkən bu barədə təşəbbüs irəli sürülə biləcəyini dedi: “Hələ ki, bizə gündəlik verilmədiyi üçün yaslar və toylarla bağlı qanunvericiliyə hansısa dəyişiklik edilib-edilməyəcəyi bəlli deyil. Amma gündəliyə salınmasa belə biz yas və toylarla bağlı da məsələ qaldırmaq təşəbbüsünə malikik. Bu hər kəsin ürəyindən olan bir məsələdir. Mən də öz sözümü, təklifimi deyəcəm. Keçib-keçməyəcəyi həmkarlarımın yanaşmasından asılı olacaq. Ən böyük qanun ictimai qınaqdır. Mən son günlər iştirak etdiyim yaslarda bu cizgiləri görəndə yeni qanuna ehtiyac olmadığını gördüm. Bəzən bu işlərdə qanunla məcburilik əks təsir verə bilir. Ənənə formasını alanda daha güclü olur”.

Murad Əhməd