Kasilyas federasiya prezidentliyinə namizəd oldu

kasilyas-federasiya-prezidentliyine-namized-oldu
Oxunma sayı: 1031

Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı qolkiper mart ayında keçiriləcək seçkidə iştirak edəcək. "Real"ın sabiq qapıçısı federasiyanın hazırkı rəhbəri Luis Rubialesə rəqib olacaq.
 
Kasilyas 2000-2016-cı illərdə İspaniya yığmasının, 1990-2015-ci illərdə isə "Real"ın şərəfini qoruyub.