Kasilyas məşq zamanı infarkt keçirdi

kasilyas-mesq-zamani-infarkt-kecirdi
Oxunma sayı: 2679

“Portu” futbol klubunun ispan qapıçısı İker Kasilyas infarkt keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı qapıçının məşq zamanı halı pisləşib. Xəstəxanaya aparılan Kasilyasın infarkt keçirdiyi məlum olub.

Həkimlər idmançının həyati təhlükəsinin olmadığını və vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.