Kasilyasın bəxti son vaxtlar heç gətirmir

kasilyasin-bexti-son-vaxtlar-hec-getirmir
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, onsuz da baş məşqçi Joze Maurinyo ilə aralarında bir qədər problem olan futbolçu “Real”ın son oyununda əlini ciddi zədələyib. Kral kubokunun ¼ final mərhələsində “Valensiya” ilə oyunda Kasilyas zədələnərək oyunu yarımçıq buraxmalı olub. Komanda yoldaşı Arbeloa ilə toqquşduqdan sonra əlindən zədə alan qapıçı 90 dəqiqəni başa vura bilməyib. Həkimlər İkeri müayinə etdikdən sonra zədəsinin sağalması üçün ən az 1 ay vaxt lazım olduğunu deyiblər. Lakin klub özü bu barədə rəsmi açıqlama verməyib.

İqbal