“Kaspi”nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətində

kaspinin-emekdasi-beynelxalq-festivalin-munsifler-heyetinde
Oxunma sayı: 880

Vyanada Beynəlxalq Turizm Filmləri Festivalı (CİFFT) işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, təşkilat 36-cı buraxılışında ilk dəfə olaraq dünya səyahətçi jurnalistlərinin səyahət videolarını qiymətləndirmək üçün müsabiqə elan edib.

Müsabiqənin qalibi yeni “Turizm Mətbuat Mükafatı”na layiq görüləcək. 

Müsabiqəyə 23 ölkədən 66 səyahət videosu təqdim edilib. Səyahət videolarının qiymətləndirmə prosesinə sentyabrın 10-da start verilib. Mükafatın qalibi Beynəlxalq Səyahət Jurnalistlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Global Media Group-a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova da Azərbaycandan seçilən münsiflər heyətinin üç üzvü sırasında yer alıb.