Kaspşik erməni nazirlə Qarabağdan danışdı

kaspsik-ermeni-nazirle-qarabagdan-danisdi
Oxunma sayı: 1135

Ermənistanın Müdafiə naziri David Tonoyanla ATƏT-in xüsusi nümayəndəsi Anjey Kaspşikin Yerevanda görüşü olub.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət haqda danışıblar.

Görüşdə münaqişəsinin tənzimlənməsi üçün ATƏT-in Minsk qrupunun və Qırmızı Xaç Komitəsinin səylərinin gücləndirilməsinin vacibliyi qeyd olunub.