Kassir xanıma qarşı soyğunçuluq edən şəxs tutuldu

kassir-xanima-qarsi-soygunculuq-eden-sexs-tutuldu
Oxunma sayı: 1651

İsmayıllıda mağazada çalışan kassir xanıma qarşı soyğunçuluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub. 

Saxlanılan şəxsin yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş (“obrez”) tüfəng aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.