Kataloniya ispan kralını “persona non – qrata” elan edib

kataloniya-ispan-kralini-persona-non-qrata-elan-edib
Oxunma sayı: 1159

Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı Felipi VI persona non - qrata elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. 

Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub. 

Özünü müstəqil elan edən Kataloniyanın lideri Karlos Puçdemon isə bu qərarı Kataloniya üçün təhqir və demokratiyaya hücum adlandırıb.