Kataloniya rəhbəri İspaniya parlamentində çıxış edəcək

kataloniya-rehberi-ispaniya-parlamentinde-cixis-edecek
Oxunma sayı: 922

Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon 26 oktyabrda İspaniya Milli Məclisində 1 oktyabrda keçirilmiş müstəqillik referendum və sonrakı proseslər haqqında çıxış edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, rəsmi Madridin Kataloniya üzərində idarəetməni ələ keçirməsinin qarşısını almağa çalışacaq.

Sabah İspaniya Baş naziri Mariano Rahoy da Puçdemonla görüşəcəyi bildirilir.

Qeyd edək ki, tərəflər arasında razılıq əldə edilməzsə, Kataloniyada muxtar idarəetmə formasının ləğv edilməsi gündəmə gələcək.