İspaniyanın Kataloniya əyalətinin Alkanar şəhərində gün ərzində ikinci partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TV3 məlumat yayıb.
Bundan əvvəl səhər saatlarında şəhərdə baş verən partlayış nəticəsində 1 nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı bildirilib.
Gün ərzində eyni şəhərdə daha bir partlayış olub. Hadisə nəticəsində bir neçə polis xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisənin detalları barədə məlumat verilmir.
Katalaniya polisinin rəhbəri Xosep Luis Trapero Alkanar şəhərindəki partlayışın Barselonadakı teraktla əlaqəli ola biləcəyini bildirib.
Qeyd edək ki, Barselonada sürücü mikroavtobusu insanların üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. İnsident terror aktı kimi qiymətləndirilib.
Son xəbərlər
Son Xəbərlər