Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

kataloniyada-kutlevi-tetiller-basladi
Oxunma sayı: 1999

İspaniyanın Kataloniya muxtar vilayətində yenidən kütləvi tətillər başlayıb.

“Qafqazinfo” “El Pais”ə istinadən xəbər verir ki, mitinqçilər 12 kataloniyalı siyasətçinin 9 ildən 12 ilədək həbsə məhkum edilməsinə qarşı çıxırlar. Siyasətçilər muxtar vilayətin müstəqilliyi ilə bağlı referendum keçirməkdə günahlandırılırlar.

Etirazçılar Barselonaya aparan əsas yolları bağlayıblar. 60-dək hava reysi isə təxirə salınıb.Şəhərdə bir çox mağazalar bağlanıb.