Bir zamanların məşhur gənclik serialı olan “Kavak yelleri”nin aktyor heyəti yenidən bir araya gələrək Pinhaninin klipində yer alıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2007-ci ildə yayımlanan serial həm Türkiyədə, həm də Azərbaycanda böyük sevgiylə qarşılanmışdı. Serialın musiqilərini səsləndirən Pinhaninin “Dön bak dünyaya” mahnısı üçün 13 il sonra bir araya gələn oyuncular izləyiciləri duyğulandıra, illər əvvələ apara bilib.
Klipdə serialdan sonra sektordakı bir çox vacib layihədə yer alan Aslı Enver, İbrahim Kendirci və Pelin Karahan kimi ulduzlar da çəkilib.
Klip qısa müddətdə izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və hər kəs karantin zamanı layihənin müsbət təsir bağışladığını qeyd edib.
.jpg)
Son olaraq Pinhani də klipi bu sözlərlə şərh edib:
“Bizə nə qədər dəstək olsalar da, indiyə kimi onların şöhrətindən heç vaxt istifadə etmək istəmədik. Bu dəfə öz aralarında keçmiş günlərin xatirəsinə bizim mahnımıza bir video çəkiblər. Biz prosesə sonradan daxil olduq. Özümüz onlardan belə bir şey istəsək, bu qədər qəşəng olmazdı. Deməli, birlikdə keçirdiyimiz xatirələrin ölənə kimi qiyməti var”.
Son xəbərlər
Son Xəbərlər