Kaxa Kaladze bu gün Bakıya gəlir

kaxa-kaladze-bu-gun-bakiya-gelir
Oxunma sayı: 2290

Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya rəsmi səfər edəcək.

“Qafqazinfo” Tbilisi bələdiyyəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, K. Kaladzenin Azərbaycana rəsmi səfəri çərçivəsində Tbilisi və Bakının qardaşlaşması barədə memorandum imzalanacaq.

Bundan əlavə, Kaladzenin iki günlük səfəri zamanı yüksək vəzifəli şəxslərlə görüşü planlaşdırılır.

K. Kaladzeni müavini İlya Eloşvili müşayiət edəcək.