“Qafqazinfo” xəbər verir ki, bu gün mütəxəssislə klub arasında müqavilə imzalanıb. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Pusic cari mövsümün sonunadək "İnter" komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışacaq.
Mövsümün sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə Pusicin baş məşqçi postuna təyin olunması məsələsi həllini tapacaq.
Son xəbərlər
Son Xəbərlər