Kayahanı belə xatırladı

kayahani-bele-xatirladi
Oxunma sayı: 1784

Türkiyəli məşhur müğənni Nilüfər uzun illər birlikdə çalışdığı ustad musiqiçi Kayahanın vəfatının 10-cu ildönümü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı sosial şəbəkə hesabındakı paylaşımda aşağıdakıları qeyd edib:

“Artıq düz 10 il keçdi. Dünya durduqca mahnıların nəsillər boyu əks-səda doğuracaq. Hər zaman qəlbimizdəsən”.

Onun bu paylaşımına minlərlə şərh gəlib.

 Qeyd edək ki, Nilüfər Kayahanın “Yemin Ettim”, “Odalarda Işıksızım”, “Geceler” kimi bir çox əsərini ifa edib.