“Kazan görüşündən heç nə gözləmirəm”

kazan-gorusunden-hec-ne-gozlemirem
Oxunma sayı: 642

Məsələ ilə bağlı “Qafqazinfo” Ümid Partiyasının funksioneri Səməd Hətəmovdan münasibət öyrənib. Partiya funksioneri bu görüşdən heç nə gözləmədiyini deyib: “Kazan görüşü ərəfəsində Böyük səkkizlərin toplantısında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyənatı oldu. Yeniləşmiş Madrid prinsipləri əsasında Dağlıq Qarabağ problemənin artıq həllinin zamanının gəldiyini bildirdilər. Bu baxımdan həmin o bəyənatın nəticəsi olaraq Kazanda müəyyən irəliləyişlər ola bilər. Amma bütövlükdə kardinal şəkildə problemin həlli olacağına inanmıram. Çünki böyük dövlətlərin, konkret olaraq Rusiya və Amerikanın maraqları uzlaşdığı zaman bu problem öz həllini tapa bilər. Hələlik belə bir uzlaşma hiss olunmur. Bu səbəbdən də Kazan görüşündən kardinal olaraq heç nə gözləmirəm”.