Kəbədən dəhşətli fotolar - 87 ölü+Yenilənib

kebeden-dehsetli-fotolar
Oxunma sayı: 13886

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

“Qafqazinfo” xəbər verir ki, APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib.

Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

***

Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

Dağıntılar altında qalanlar var.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.

***

Anadolu Agentliyinin məlumatına görə, hadisəyə səbəb 30 dəqiqə yağan güclü yağış və əsən külək olub.

Küçələrdə axan sel sularının həcmi 50 sm-dək yüksəlib.

Güclü külək eyni zamanda kranı aşırdıb, 15 nəfərin yaralandığı qeyd edilib. Yaralılar sırasında Mehmet Ali Ünal adlı türk vətəndaşının da olduğu bildirilib.

***

Cumhuriyet.com.tr-nin məlumatına görə, hadisə zamanı 62 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.

Türkiyə Diyanət nümayəndəsi Ahmet Turan Yıldız bildirib ki, Trabzondan Məkkəyə ziyarətə gələn bir türk vətəndaşı da dünyasını dəyişib. 

*** 

Faciədə ölənlərin sayı 87-yə çatıb. 200-dən çox yaralı var.