“Keçən dəfə də sizə dedim, 30 ildə təkliflərinizi niyə vermirdiniz?!”

kecen-defe-de-size-dedim-30-ilde-tekliflerinizi-niye-vermirdiniz
Oxunma sayı: 2775

Deputat Aydın Mirzəzadə parlamentdə cari məsələlər üçün çıxış vaxtının 30 dəqiqədən 1 saata qaldırılmasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, A. Mirzəzadə həmçinin deputatların çıxışı üçün ayrılan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə azaldılmasını da təklif edib. 

Spiker Sahibə Qafarova isə deputatın təkliflərinə cavab verib. O bildirib ki, 30 dəqiqəlik vaxtı bir saata qaldıra bilməyəcək: “Çünki bizim fasilədən kənar 4 saat iclasımız olur. Bundan əlavə, mən həmişə imkan olan kimi deputatlara söz verirəm. Məruzələr üçün isə 20 dəqiqə bəzən kifayət deyil. Deputatların 10 dəqiqəlik çıxış vaxtı var. Lazım olanda sizin razılığınızla bu vaxt 5 dəqiqəyə qədər azaldılır. Mən  keçən dəfə də sizə dedim ki, bu 30 ildə bu təklifləri niyə vermirdiniz?! Bunu da mətbuatda hamı yazdı. Siz əvvəllər də bu təklifləri səsləndirib həyata keçirmiş olsaydınız, indi mənim üçün də ortada hazır qərar olardı və mən də onlara istinad edərdim”.

Günel Türksoy