Keçən il lider idilər, bu dəfə adları siyahıda yoxdur

kecen-il-lider-idiler-bu-defe-adlari-siyahida-yoxdur
Oxunma sayı: 1688

Ötən il Rusiyanı “Eurovision”da təmsil etmək hüququ qazanan “Little Big” milli seçim turlarında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Eurovisionfun” portalı məlumat yayıb. Bildirilib ki, qrupun bu il ölkəsi adına yarışacağı gözlənilsə də, müsabiqədə yer almaqdan imtina edib.

Hələlik 8 martda baş tutacaq milli finalda hansı namizədlərin olacağı məlum deyil.

Xatırladaq ki, “Little Big” qrupunun ötən ilki “Uno” mahnısı 188 milyondan çox baxış toplayaraq müsabiqə tarixində ən çox izlənən layihə olmuşdu.