İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, toplantıda 2013-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən «Şəhidlər Xiyabanı» Kompleksinin ərazisində inşa edilmiş inzibiti binada nümayəndəlik üçün xüsusi yer ayrılmış, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunub.
2013-cü ildə nümayəndəliyin ərazisində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, «Alov qüllələri» Kompleksindəki «Fairmont Baku» otelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, Dağüstü parkın, Qız qalasının, Xalça Muzeyinin yeni binasının, əsaslı təmirdən sonra Səbail rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilib.
Ötən il «Fəvvarələr Meydanı»nda 260 avtomobil yerlik yerüstü qaraj istifadəyə verilib, 1 saylı şəhər poliklinikasında, 7 saylı orta məktəbdə, 44 saylı uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunub.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər