Keçiddən istifadə etmədi, maşın vurdu

kecidden-istifade-etmedi-masin-vurdu
Oxunma sayı: 2747

Bakının Xətai rayonu, Nobel prospektində piyadanı avtomobil vurub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Məlumata görə, hadisə yerüstü piyada keçidinin altında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, qəzadan sonra prospektdə tıxac müşahidə edilir.