Keçirdiyi yarışmada aşıqlardan rüşvət istədiyini etiraf etdi

kecirdiyi-yarismada-asiqlardan-rusvet-istediyini-etiraf-etdi
Oxunma sayı: 4673

Aşıq Namiq Fərhadoğlu Lider TV-də müəllifi olduğu “Köklə sazı” yarışmasında yer alan aşıqlardan rüşvət aldığını etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, aşıq bu barədə “Həmin Zaur” proqramında qonaq olarkən açıqlama verib.

“Biri soruşdu ki, birinci yerin xərci nə qədərdi? Mən də dedim, avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min ver, səni birinci edim. Maşına görə etdim. Sonra mənə bildirdilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır. Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb səs verir. Orada ağa da, nökər də mənəm”.