Keçmiş arvadı Rafetlə bağlı məhkəməni uddu

kecmis-arvadi-rafetle-bagli-mehkemeni-uddu
Oxunma sayı: 1661


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rafet El Romanın keçmiş həyat yoldaşı Tuğba Altıntopun müğənni ilə evli olduqları dövrdə qurduqları musiqi şirkətindən mənfəət payı istəyiylə açdığı iddia ilə bağlı məhkəmə qərar verib.

Altıntop boşandıqdan sonra RER Musiqi şirkətindən haqqı olduğu 49 faiz payı vermədiyi iddiasıyla keçmiş həyat yoldaşını 9 il əvvəl məhkəməyə vermişdi. Məhkəmə isə Rafet El Romanın 142 min lirə təzminat verəcəyi haqda qərar çıxarıb.

 Ötən gün təzminatı ödəməyən müğənninin Bəyoğlundakı ofisinə icra məmurları gəlib.  Ofis əşyaları qeydiyyata alınan El Roman vəkillərdən bir həftə müddət istəyib.

Könül