Keçmiş arvadına səmimiyyətsiz dedi - Qalmaqallı açıqlama

kecmis-arvadina-semimiyyetsiz-dedi
Oxunma sayı: 1228

Ötən həftə atasını itirən tanınmış radio aparıcısı Rza Esendemir KİV-lərə qalmaqallı açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, İstanbulda görüntülənən aparıcı mətbuat nümayəndələrinin “Keçmiş xanımınız İrem Derici sizə başsağlığı verib?” – sualını belə cavablandırıb:

“Sağ olsun, çələng göndərib. Mənim üçün çox səmimiyyətsiz bir addım atıb.  Onu göndərmək yerinə zəng vursaydı, daha səmimi olardı. Mən onunla qalmaqallı bir şəkildə boşanmamışam. Mənə yox, heç olmasa anama zəng vurardı. İrem xəstəxanada olarkən ona ən sevdiyi gülləri yollamışdım.

Vəziyyəti ağır olduğu üçün yanına getmədim, əslində xəstəxanaya buraxmadılar. İremin atası Hulisi bəy atamın ən yaxın dostu olub. Sağ olsun, o zəng vurdu, başsağlığı verdi, təşəkkür edirəm”.