Keçmiş arvadının qızıllarını oğurladı

kecmis-arvadinin-qizillarini-ogurladi
Oxunma sayı: 701

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.
 

“Qafqazinfo”nun Lent.az-a istinadən xəbərinə görə, polisə müraciət edən 1984-cü il təvəllüdlü Alışova Gülnarə Telman qızı bildirib ki, keçmiş həyat yoldaşı onun evindən oğurluq edib.

Qadın qeyd edib ki, bir müddət əvvəl boşandığı Elçin Şirəliyev övladını görmək bəhanəsi ilə evə gəlib və gizli yolla qızıl üzüklə 2 cüt sırğanı götürərək gedib.

Müraciət əsasında araşdırma aparılır.